Logo

Polşalı alim Janusz Kacprzyk : "ADNSU məndə yüksək təəssürat yaratdı"

09.12.2021 18:26 647 baxış
IMG

Dekabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Polşa Elmlər Akademiyasının həqiqi üzvü, ADNSU-nun fəxri doktoru, professor Janusz Kacprzyk ilə görüşüb.

Rektor, professor M.Babanlı qonağa dəvəti qəbul edib, universitetə gəldiyi üçün təşəkkürünü bildirib. ADNSU-nun fəxri doktoru və ali qonağı kimi Janusz Kacprzykin hər zaman universitetdə xüsusi yeri olduğunu vurğulayıb.

Rektor, professor M.Babanlıya dəvət və “Fəxri doktor” adı üçün təşəkkürünü bildirən  professor Janusz Kacprzyk Azərbaycan və ADNSU haqqında təəssüratlarını bölüşüb. Universitetdə olduğu müddətdə yüksək səviyyəli tədris, maddi-texniki baza və professor –müəllim heyəti ilə tanış olduğunu qeyd edən J. Kacprzyk  əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.

Sonda qonağa xatirə hədiyyələri təqdim edilib.

Xəbər lenti