Logo

Turizm və Menecment Universitetində təlim: Birjada qiymətin düşməsindən necə qazanmaq olar

10.12.2021 10:08 395 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı, “İnvest-AZ” şirkətinin dəstəyilə “Birjada qiymətin düşməsindən necə qazanmaq olar” mövzusunda təlim keçirilib.

Bu barədə ATMU-dan məlumat verilib. Bildirilib ki, Biznes idarəçiliyi fakültəsinin dekanı dosent Vüqar Nəzərov tələbələri mövzu barədə məlumatlandırıb və onları təlimdə fəal iştirak etməyə çağırıb.

“İnvest-Az” şirkətinin tədris üzrə meneceri təlimçi Rövşən Məmmədov günün aktual mövzusunu şərtləndirən başlıca amillərə aydınlıq gətirib, tələbələrin suallarını cavablandırıb. O, görüşün təşkilindən və tələbələrin fəallığından məmnun qaldığını bildirib.

Xəbər lenti