Logo

Rezidentura təhsili verən baza nümayəndələri ilə görüş keçirilib

10.12.2021 16:19 438 baxış
IMG

Azərbaycan Tibb Universitetində Rezidentura təhsilinin aparıldığı  kənar bazaların nümayəndələri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi həmin bazalarda təhsilin vəziyyəti, mövcud problemlərin təhlili və tədris keyfiyyətinin  yüksəlməsi istiqamətində atılacaq addımların müəyyənləşdirilməsindən ibarət olub. 

İyirmidən çox baza nümayəndələrinin iştirak etdiyi toplantıda ayrı-ayrı klinikaların məsul şəxsləri  çıxış edərək rezidentlərlə aparılan iş barədə ətraflı məlumat veriblər. Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər də səsləndirilib. Azərbaycan Tibb Universitetinin Rezidentura  şöbəsinin müdiri professor Məlahət Sultanova görüş iştirakçılarının qaldırıldığı problemlərin həlli ilə bağlı qısa müddətdə tədbirlərin görüləcəyini bildirib, bazalarla sıx əməkdaşlıq çərçivəsində layihələrin həyata keçiriləcəyini  vurğulayıb.

Xəbər lenti