Dekabrın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Tehsil.biz xəbər verir ki, universitetin rektorluğu, professor-müəllim heyəti və tələbələr ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra AzMİU nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib,ulu öndərin əziz xatirəsini böyük ehtiramla anıb, məzarı önünə tər çiçəklər qoyublar.