Tərtər Rayon İcra Hakimiyyəti rayonun Şıxarx kəndində yerləşən 2 saylı orta məktəbə hücum olması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Qurumdan “Qafqazinfo”ya verilən məlumatda deyilir: “Vətən müharibəsi dövründə evləri dağılan bir qrup məcburi köçkün ailəsi evlərinin təmiri başa çatmadığı üçün hələ də Tərtər rayonunun Şıxarx 2 saylı tam orta məktəbində yaşayırlar. Məktəbə kənar şəxslər tərəfindən heç bir hücum olmayıb”.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə "Qafqazinfo"ya bildirilib ki, qeyd edilən məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
Xatırladaq ki, sözügedən məktəbin direktoru Tofiq Hacıyev əvvəlki açıqlamasında hadisənin 10-15 gün əvvəl olduğunu təsdiqləmişdi.