Dekabrın 9-da Bakı Avrasiya Universitetində tələbələr ilə “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin mümayəndələri, Bakı Avrasiya Universitetinin rəhbərliyi, həmçinin Dövlət Komissiyasının üzvü və Milli QHT Forumunun prezidenti, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Azərbaycan Milli Antidopinq Agentliyinin və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələri mövzu ərafında çıxış edərək, tələbələrə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərəli təsiri barədə zəruri məlumatlar veriblər.
Tədbir zamanı tələbələri maraqlandıran suallara cavablar verilib.