Logo

BDU-nun müəllimi Harvard Tibb Məktəbinin sertifikatına layiq görülüb

05.12.2020 18:31 717 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müəllimi Hüseynova Nigar Faiq qızı beynəlxalq nüfuza malik Harvard Tibb Məktəbinin (Harvard Medical School) “Biokimya” ixtisası üzrə təşkil olunmuş kursunu distant formada uğurla başa vuraraq fərqlənmə sertifikatına layiq görülüb.


Harvard Tibb Məktəbinin distant şəkildə təşkil olunmuş kursları sırasında immunologiya, fiziologiya, genetika, əczaçılıq kimi baza kurslar və müasir immuno-onkologiya, xərçəng genomikası, xroniki iltihabın autoimmunluğun və allergiyanın müasir terapiyası,  genetik testlər və sekvensiya texnologiyaları pro-kursları önəmli yer tutur. Kurslar fənn bloklarına müasir innovativ yanaşma tərzi ilə seçilir. Bu kurslarda biliklərini təkmilləşdirən müəllimlərin əldə etdikləri təcrübə və bilik Universitetin Biofizika və biokimya kafedrasında keçirilən fənlərin tədris metodikasına öz müsbət töhfəsini verəcəkdir. 

 

Bu günə kimi Harvard Tibb Məktəbinin məzunları arasında bir çox dünyaca məhşur alimlər, o cümlədən 9 Nobel mükafatçısı da yer alır.

Xəbər lenti