“Tələbəyə kreditin verilməsi onun üçün əlavə imkandır. Keçən il bu imkan yox idi”.
Bunu təhsil naziri Emin Əmrullayev təhsil kreditləri ilə bağlı Baku TV-yə açıqlamasında bildirib.
“Kredit o qədər aşağı faizlə və uzun müddətə verilir ki, tələbələr təhsil haqqını geri ödəməkdə çətinlik çəkməyəcək”, - deyə nazir qeyd edib.