Yevlaxda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Anım günü münasibəti ilə Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə YAP Yevlax rayon təşkilatının fəalı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Anar Salehoğlu çıxış edərək dedi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqımıza azadlıq, müstəqillik, sərbəstlik bəxş etdi. Azərbaycan özü öz taleyini həll etməyə, gələcəyini düşünməyə başladı. Məhz Ulu Öndərin müqəddəs siyasəti, cənab prezidentin sarsılmaz iradəsi və ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsində zəfər çaldıq. Şübhəsizdir ki, bu qələbə Heydər Əliyev dühası sayəsində əldə edildi. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan gəncliyinə böyük dəyər vermişdir. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Bu gün Azərbaycan gəncliyinə böyük öndərin – Heydər Əliyevin xalqımızı və dövlətçiliyimizi xilas edən uzaqgörən siyasəti, ibrətamiz fikirləri və şəxsiyyəti geniş şəkildə təbliğ edilir. Gənclik bu təbliğatdan məntiqi nəticə çıxararaq Ulu Öndərin müqəddəs yolunu, siyasi irsini qorumalı və onu gələcək nəsillərə ötürülməsində fəal iştirak etməlidirlər.
Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev Ulu Öndərin ümidlərini doğrultdu, Ata vəsiyyətini yerinə yetirdi və biz tarixi zəfərimizi qazandıq.