Logo

Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq konfransda iştirak hüququ qazanıb

10.12.2021 21:58 493 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyətinin (NMC) üzvü İsa Rufullazadə Səudiyyə Ərəbistanında keçiriləcək Beynəlxalq Neft-qaz Texnologiya Konfransında iştirak etmək hüququ qazanıb. BANM-in Neft-Qaz Mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi İsa Rufullazadə NMC-də Proqram Koordinatoru vəzifəsini yerinə yetirir. O, həmçinin Ali Məktəbin dəstəyilə yay ərzində "Abşeronneft" Neft-qaz NQÇİ-də bir aylıq təcrübədə iştirak edib. 

Səudiyyə Ərəbistanda keçiriləcək “IPTC 2022”  Beynəlxalq Neft-qaz Texnologiya Konfransında iştirak etmək üçün 80-ə yaxın ölkədən olan Neftçi Mühəndisləri və Geofizika Mühəndisləri təşkilatları arasında və minlərlə tələbəni əhatə edən seçim turu keçirilib. İsa Rufullazadə məhz bu seçim turundan müvəffəqiyyətlə keçərək beynəlxalq konfransda iştirak etmək hüququ qazanıb. “IPTC 2022”  Beynəlxalq Neft-qaz Texnologiya Konfransı 2022-ci ilin fevral ayında təşkil olunacaq.

Beynəlxalq Neft-qaz Texnologiya Konfransı hər il keçirilən və Şərq yarımkürəsi ölkələrini əhatə edən texniki təşkilatdır. Təşkilatın əsas məqsədi sektorda olan yeni texnoloji, eyni zamanda müvafiq məsələlərə konstruktiv həllər irəli sürmək və Neft-qaz sənayesinin gələcək trendləri haqda müzakirələr aparmaqdır.

Xəbər lenti