Logo

İtaliyada müəllimlər etiraz aksiyası keçirdi

11.12.2021 09:12 765 baxış
IMG

İtaliya hökumətinin iqtisadi siyasətinə qarşı məktəb müəllimləri etiraz aksiyası keçiriblər.

TASS xəbər verir ki, aksiyanın təşkilatçıları hakimiyyəti məktəb təhsilinə dövlətdən çox az maliyyə ayırmaqda ittiham edirlər.

Bundan əlavə, bu kateqoriyadan olan işçilərin nümayəndələri mövcud sistemdən narazılıqlarını bildirir, həmçinin pandemiya ilə bağlı məktəbin çətinliklərini və təhsil müəssisələrində təhlükəsizlik şəraitinin təmin edilməsinin vacibliyini qeyd edirlər.

Tətilə ölkənin ən böyük həmkarlar ittifaqları dəstək verib. Nəticədə bir çox sinif otaqları bağlanıb.

Tətildə iştirak edən kadr çatışmazlığı səbəbindən bəzi tələbələr dərslərini erkən bitirmək məcburiyyətində qalıblar.

Xəbər lenti