Dekabrın 24-dən İndoneziyada 6 yaşından yuxarı uşaqlara koronavirusa qarşı peyvənd vurulması nəzərdə tutulur.
Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın səhiyyə nazirinin müavini Dante Saksono Harbuvono məlumat verib.
“Əhalinin peyvəndlənməsi 70% səviyyəsində yerinə yetirilərsə, yerli hakimiyyət orqanları 6-11 yaş arası uşaqların da peyvəndlənməsinə başlayacaq”, - o deyib.
Qeyd edək ki, bu günə qədər İndoneziya sakinlərinin yalnız 37%-i koronavirusa qarşı tam immunlaşdırılıb.