Logo

Qərbi Kaspi Universitetinin müəllim və tələbələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

11.12.2021 14:40 451 baxış
IMG

Bu gün Qərbi Kaspi Universitetinin müəllim və tələbələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Tehsil.biz bildirir ki, Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Qərbi Kaspi Universitetinin Qəyyumlar şurasının sədri, professor Hüseyn Bağırov, o cümlədən universitetin müəllim və tələbə heyəti dahi liderin məzarını ziyarət edib, Azərbaycan dövləti və xalqı üçün xilaskarlıq missiyasını həyata keçirmiş dahi siyasətçinin ruhuna ehtiramlarını ifadə ediblər.

Eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üstünə tər güllər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Xəbər lenti