Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Urmiya və Culfada müəllimlər cari təhsil ilində növbəti etiraz aksiyasına başlayıb.
“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bütün ölkə üzrə təhsil işçiləri oturaq aksiya keçirir.
“İran Təhsil İşçiləri Koordinasiya Şurası”nın çağırışından sonra başlayan növbəti aksiyaya qatılan müəllimlər təsnifatlaşdırma haqqında qanunun icrasını, əməkhaqları və təqaüdlərin bərabərləşdirilməsini tələb edirlər.