Logo

Azİİ e-Kitab Evində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

11.12.2021 17:40 775 baxış
IMG

Dekabrın 10-da ADNSU-nun Azİİ e-Kitab Evində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş  “Heydər Əliyev: Anım Günü” adlı kitab sərgisi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, sərgidə ümummilli lider, dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar və digər materiallar yer alıb.

Eyni zamanda sərgidə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən kitab və digər dövri nəşrlər də nümayiş olunur.

Xəbər lenti