Logo

ASAPES-SABAH qruplarının tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

11.12.2021 18:35 1048 baxış
IMG

Dekabrın 11-də ASAPES-SABAH qruplarının tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Tələbələr Mərkəzdə fəaliyyət göstərən müxtəlif sərgi zalları və Heydər Əliyev muzeyi ilə yaxından tanış olublar. 

Dizaynı və burada tətbiq olunan yeni texnologiyaları ilə fərqlənən muzey Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir.

Muzeydə maraq doğuran bölmələrdən biri də ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərlərindən qəbul etdiyi hədiyyələr də muzeydə nümayiş etdirilən eksponatlar arasındadır.

Heydər Əliyev Mərkəzi, həmçinin digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr həyata keçirir.

Xəbər lenti