Logo

Alimlər 500 min amerikalının COVID-19-dan ölümünü proqnozlaşdırır

06.12.2020 10:21 780 baxış
IMG

Amerika alimləri güman edirlər ki, ABŞ-da kütləvi vaksinləməyə baxmayaraq, koronavirusdan yarım milyondan çox insan ölə bilər

 

Bu barədə Vaşinqton Universitetinin Tibb Məktəbi yanında Sağlamlığı Ölçmə və Qiymətləndirmə İnstitutunun (IHME) hesabatında bildirilir.

 

Sənəddə qeyd edilir ki, ölkədə COVID-19 qurbanlarının sayı 2021-ci ilin 1 aprelinə qədər 539 min nəfərə qədər arta bilər. Bu halda alimlər hesab edirlər ki, gündəlik ölümlərin pik həddi 3 minə çatacaq. Qeyd edilir ki, ən yüksək ölüm göstəricisi növbəti il yanvarın ortaları və sonunda olacaq.

 

Cons Xopkins Universitetinin son məlumatına görə, ABŞ-da epidemiyanın başlanğıcından COVID-19-a 14,5 milyondan çox yoluxma aşkarlanıb, 280 mindən çox pasiyent koronavirusun qurbanı olub. 

Xəbər lenti