Türkiyənin Düzce şəhərində tələbə yataqxanasında qalan oğlunu ziyarət etməyə gələn ana yıxılaraq faciəvi şəkildə həyatını itirib.
Qeyd olunur ki, Fatma Karacaoğlu adlı 55 yaşlı qadın yataqxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq həyatını itirib.
İlkin məlumata görə, qadın tələbə övladının qaldığı otaqda təmizlik işləri aparmaq məqsədi ilə pəncərələri silmək qərarına gəlib və nəticədə faciə yaşanıb.
Mənbə: “Demirören Haber Ajansı” (DHA)