Logo

Gömrük Akademiyasının tələbələrinin Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbiri keçirilib

12.12.2021 13:43 748 baxış
IMG

10 dekabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasında Akademiyanın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Dil-İnkişaf" klubunun təşkilatçılığı ilə müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş "Let's remember Heydar Aliyev" adlı tədbir keçirilmişdir. 

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbir Ümumilli lider Heydər Əliyevin müdrik siyasəti, tarixi uzaqgörənliyi, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətləri barəsində tələbələrin ingilis dilində səslənən çıxışları ilə davam etmişdir.

Xəbər lenti