Logo

"Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda onlayn tədbir keçirilib

12.12.2021 15:41 827 baxış
IMG

Dekabrın 12-də ASAPES-in SABAH qrupları layihəsi modeli çərçivəsində ASAPES-SABAH pilot qrupları təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda onlayn tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ASAPES-in tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə iştirak edib.

Tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb.

SABAH-ın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadə gənclər siyasətindən söz açib.

Sosial elmlər kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Bəhruz Cabbarlı ulu öndər Heydər Əliyevin ölkəmizdə dövlətçiliyin, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, idmanın inkişafına göstərdiyi xüsusi qayğıdan danışıb.

Pedaqogika üzrə fəlsəfə doktoru Səminə Abdullayeva Azərbaycan dilinin dövlət dili elan edilməsində xalqımızın ümummilli lider Heydər Əliyevin böyuk xidmətlərindən danışıb. 

Tədbirdə  ASAPES-SABAH tələbələri tərəfindən hazırlanan, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tələbələr öz təqdimatlarında böyük insan haqqında tanınmış şəxslərin xatirə sözlərini  nümayiş etdiriblər.

Sonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Xəbər lenti