2021-ci ilin 12 dekabr tarixində MDU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçlığı ilə bir qrup tələbə Ulu öndərin anım günü münasibətilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində olublar.
Heydər Əliyevin heykəli önünə gül dəstəsi qoyan tələbələr daha sonra mərkəzi ziyarət edərək ulu öndərin həyat yolu ilə tanış olublar.
Sonra Heydər Əliyevin zəngin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, əsas vəzifələrindən biri vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi olan MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi diqqət mərkəzində saxlanılır.