Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Bədən Tərbiyəsi kafedrasının baş müəllimi, təcrübəli üzgüçü Pyotr Kuvşinovun doğum günü qeyd edilib.
BANM-in rektoru Elmar Qasımov peşəkar müəllimi təbrik edərək, doğum günü münasibətilə ona hədiyyə təqdim edib. Rektor Pyotr Kuvşinova pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Təcrübəli müəllim onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Elmar Qasımova təşəkkürünü bildirib.
Pyotr Kuvşinov Birinci Qarabağ müharibəsi zamanı (1992-1994) könüllü olaraq cəbhəyə gedib, Birinci Qarabağ müharibəsi veteranıdır, orden və medallarla təltif olunub. O, müharibə vaxtı bir neçə dəfə yaralanıb. Müharibə illərində ən qaynar hərbi nöqtələrdə - Ağdərə, Laçın, Kəlbəcər, Murovdağ, Fizuli, Ağdam, Tərtərdə olub. Murovdağ istiqamətində alay komandiri təyin edilib və ağır mövqeli döyüşlərdə iştirak edib.
Pyotr Kuvşinov peşəkar su polosu oyunçusudur, SSRİ Silahlı Qüvvələrinin çempionu, Azərbaycanın çempionu və medalçısı, eyni zamanda su polosu üzrə Rusiya çempionu, 2017-ci il İslam Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasına rəhbərlik edib.