Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi Şuranın qərarı ilə əmək haqqı artırılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov məlumat verib.
Rektor bildirib ki, UNEC üzrə orta aylıq əmək haqqı 1166 manat, o cümlədən pedaqoji heyət üzrə 1331 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1012 manat təşkil edir.