Logo

BDU-da “Əmək münasibətlərinin tənzimlənməsində insan hüquqlarının rolu” mövzusunda təlim keçirilib

13.12.2021 12:05 590 baxış
IMG

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Əmək münasibətlərinin tənzimlənməsində insan hüquqlarının rolu” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin bir çox fakültələrinin tələbələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlər haqqında məlumat verilib. İnsan hüquqlarının bütün sahələrdə qorunması istiqamətində, xüsusən əmək münasibətlərinin tənzimlənməsində aparılan islahatların nümünəyə çevrildiyi bildirilib.

Təlimçi, hüquq fakültəsinin müəllimi Yavər Məmmədova geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, işçilər işə daxil olduqda iş prosesində onlarla işəgötürən (təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir. Bu münasibətlərin xüsusiyyətləri və tənzimlənməsi barədə geniş məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti