Qubanın ucqar dağ kəndi Qrızda modul tipli yeni məktəb binası istifadəyə verilib.
"Tehsil.biz"in məlumatına görə, artıq bu gündən təhsil ocağında tədrisə başlanılıb. 16 şagirdin təhsil aldığı məktəbdə 8 müəllim çalışır.
Qeyd edək ki, kəndin köhnə məktəb binası qəzalı vəziyyətə düşdüyündən tədris üçün yararsız idi.