Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ağcabədi Pedoqoji Kollecində tələbələrlə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.