Logo

DİM: İnzibati dövlət qulluğu vəzifələri üzrə imtahan verəcəklər namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

13.12.2021 15:09 509 baxış
IMG

İnzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dekabrın 19-da test imtahanı verəcək namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır. Namizədlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də ayrıca vərəqdə çap etməlidirlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsi, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti