Logo

BDU-da praktik bədən dili təlimi keçirilib

13.12.2021 15:32 685 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə “Praktik bədən dili” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə dövrümüzdə bədən dilinin kommunikasiya bacarıqlarımıza təsiri və ünsiyətimizin əsas faktoru olduğu vurğulanıb. Təlimçi Eltac Cəbiyev praktik keyslər üzərindən təlimdə bədən dili bacarıqları, danışdığın insanın fikirlərini analiz edə bilmək, nitq və jestlərdən istifadə edilməsi, əl jestləri, görüşmə zamanı əl sıxma, diplomatların etdiyi mükəmməl bədən dili hərəkətləri, gözlərlə jestlərin edilməsi kimi mövzularda tələbələr məlumatlandırılıb.

Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti