Almaniyanın Humboldt-Berlin Universitetinin doktorantı Xəyyam Namazovun Xəzər Universitetinin tələbələri ilə onlayn görüşü keçirilib.
Universitetdən bildirilib ki, tədbirdə Xəyyam Namazov “Avropada doktorantura təhsili: tədqiqat işinə necə yanaşmalı” mövzusunda təqdimat edib.
O, Avropa və xüsusilə Almaniyada doktorantura təhsilinin təşkili və tədqiqat müddətində önəmli olan məqamlar haqqında məlumat verib.