Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMIU) bir qrup professor-müəllim heyəti Almaniyanın Brandenburq Texniki Universitetində ezamiyyətdə olub.
AzMİU-dan bildirilib ki, professor Emir Hüseynov, dosentlər Nərmin Rzayeva və Könül Ağayeva Brandenburq Texniki Universitetində ixtisaslarına uyğun mühazirələr oxuyublar.
Eyni zamanda, AzMİU-nun müəllimləri alman həmkarları ilə mövcud əməkdaşlıq sahələri üzrə müzakirələr aparıb və gələcəyə yönəlmiş birgə layihələrin reallaşdırılmasının təməlini qoyublar.
Növbəti addım kimi bu müqavilə çərçivəsində daha çox professor-müəllim heyəti və tələbə mübadiləsi nəzərdə tutulur.