Logo

Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb

13.12.2021 18:53 819 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) pedaqogika üzrə elmlər doktoru, professor, Prezident təqaüdçüsü Dilqəm Quliyevin yeni kitabı işıq üzü görüb. İdman sahəsində tədqiqat aparan professorun yeni kitabı “İDMAN AKADEMİYASI OLİMPİYA OYUNLARINDA (1952-2020)” adlanır. Oxucuların nəzərinə bir daha çatdırmaq istərdik ki, respublikada bütün elmi sahələr  üzrə    ilk və yeganə biblioqrafiyadır ki, nəhayyət ki,  işıq üzü gördü.

Monoqrafiyada bədən tərbiyəsi və idmana dövlət qayğısı, Helsinki Olimpiya oyunlarından bu günədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının çıxışları ilə bağlı sənədli materiallar öz əksini tapıb. Müxtəlif bölmələrdə ayrı-ayrı dövrlərdə Olimpiya oyunları hərəkatı işıqlandırılmış, müxtəlif illərə aid foto materiallar yer almışdır ki, bu da monoqrafiyanın maraqlı olmasında mühüm rol oynamışdır. Ümid edirik ki, monoqrafiya məktəblilər, idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbə gənclər üçün faydalı olacaq. Nəzərə almaq lazımdır ki, monoqrafiyada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının idmanda göstərdikləri nəaliyyətlərinin tarixini öyrənmək, təbliğ etmək üçün geniş əhatəyə malik olan ilk nəşrdir.
Monoqrafiya Milli Olimpiya Komitəsinin, Azəprbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, doktorantlar, bakalavrlar, magistrlər, orta və ali məktəb müəllimlərinin, şagird və tələbələri, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının «07» sentyabr 2021-ci il tarixli iclasında (protokol №1) müzakirə edilərək bəyənilmiş və nəşri məqsədəuyğun sayılmışdır.

Xəbər lenti