Dekabrın 13-də Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Heydər Əliyev irsi gələcəyimizdir” adlı “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib.
Yarışın keçirilməsində məqsəd Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdən ibarətdir.
İntellektual oyunda Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin komandaları mübarizə aparmışlar. Onlardan, I yeri Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası, II yeri Bakı Avrasiya Kollecinin komandası, III yeri isə Azərbaycan Dillər Universitetinin komandası tutmuşdur.
Qalib komandalar rayon Gİİ tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.