Logo

AzMİU-nun müəllimləri Brandenburq Texnoloji Universitetində mühazirələr oxuyublar

14.12.2021 09:49 405 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMIU) bir qrup professor-müəllim heyəti Erasmus+ Staff Mobility layihəsi çərçivəsində Almaniyanın Brandenburq Texnoloji Universitetində ezamiyyətdə olublar.   

Professor Emir Hüseynov, dosent Nərmin Rzayeva və dosent Könül Ağayeva Universitetdə ixtisaslarına uyğun müzahirələr oxuyub. Eyni zamanda  AzMİU əməkdaşları alman həmkarları ilə birgə mövcud əməkdaşlıq sahələri üzrə müzakirələr aparıb və gələcəyə yönəlmiş birgə layihələrin reallaşdırılmasının təməlini qoyublar.

Növbəti addım kimi bu müqavilə çərçivəsində daha çox professor-müəllim heyəti və tələbə mübadiləsi nəzərdə tutulub.

Xəbər lenti