Sosial şəbəkələrdə Azərbaycan Dillər Universteti (ADU) tələbələrinin məcburi şəkildə 3-cü doz koronavirus vaksininin vurdurmalarına dair tələb qoyulduğu məlumatı yayılıb.
Məsələ ilə bağlı ADU-nun mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxladıq. C.Zeynallı bildirib ki, təhsil müəssisələrində üçüncü doza vaksinin vurulması məcburidir.
Bu, inzibati-pedaqoji heyətə aiddir. Hazırda ADU-da üçüncü doza vaksinin tələbələrdən tələb olunması ilə bağlı məcburiyyət halları yoxdur. Katib qeyd edir ki, üçüncü dozanın vurulması tələbələrə tövsiyyə xarakteri daşıyır. (BAKU.WS)