15 dekabr saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” işçi qrupunun videokonfrans formatında iclasının keçirilməsi nəzərdə tutulub.
Tehsil.biz xəbər verir ki, iclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, həmçinin işçi qrupunun əvvəlki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək.
Bundan əlavə, işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi də nəzərdə tutulur.
Qeyd edək ki, iclasın gündəliyi ilə buradan tanış ola bilərsiniz: https://azranking.az/protocols-announcements