Yaponiyada bitmək üzrə olan ilin simvolu seçilib. Bu “qızıl” heroqlifidir (həm də “pul” mənasına gəlir).
Yapon Heroqlif Savadlılığı Yoxlanılması Assosiasiyasının 2021-ci ilin simvolunu seçmək çağırışına cavab verənlər arasında ən çox səsi məhz bu heroqlif toplayıb. Səbəb isə bu bitən ildə Yay Tokio Olimpiya və Paralimpiya Oyunlarında yapon idmançıların qazandıqları çoxlu sayda qızıl medallar olub.
Qeyd edək ki, ilin sonunda hər kəs assosiasiyaya namizəd heroqliflə bağlı açıqca göndərə bilər. Ən çox səs toplayan heroqlif ilin simvolu olur. Simvol elan edilənə qədər ən ciddi şəkildə məxfi saxlanılır. Sızmanın qarşısını almaq üçün bu məlumat birliyin məhdud sayda məsul əməkdaşlarında olur.
“Qızıl” heroqlifi təntənəli şəkildə Kyotodakı ən məşhur buddist məbədlərindən birinin abbatı Kiyomizu tərəfindən 1,5 ilə 1,3 metr ölçülü yapon kağızı “vasi” üzərində yazılıb. Heroqlifi yazmaq üçün Xirosima prefekturasında eksklüziv olaraq ağ atın quyruğundan hazırlanmış diametri 4,5 santimetr olan fırçadan və xüsusi olaraq Nara prefekturasından gətirilən mürəkkəbən istifadə olunur.
Yaponayada ötən ilin heroqlifi “sıxlıq”, “darlıq” mənasını verən “Mitsu” simvolu olmuşdu. (Oxu.az)