Logo

Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin monitorinq imtahanlarının nəticələri məlum olub

15.12.2021 14:53 604 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 9-10 dekabr 2021-ci il tarixlərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahanlarda ümumilikdə 445 şagird iştirak edib.

İmtahanlar 4-cü və 5-ci sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilib.

İmtahan nəticələri bu gün məlum olub və Kompleksin rəhbərliyinə təqdim olunub.

Növbəti monitorinq imtahanlarının 2022-ci il yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti