Logo

Müəllimdən icazə ala bilməyən şagird təbii ehtiyacını sinifdə ödədi - Azərbaycanda qəribə OLAY

16.12.2021 12:45 2295 baxış
IMG

Azərbaycanda ibtidai sinif müəllimi şagirdin dərs ərəfəsində 2-ci dəfə təbii ehtiyacını ödəmək üçün icazəsini rədd edib.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Ramin Vəliyev adlı şəxs paylaşdığı məlumatda bildirib ki, şagirdə icazə verilməyib və bir neçə dəqiqə sonra şagird təbii ehtiyacını sinifdə ödəyib:

Məlumatda həmçinin bildirilir:

"Bundan sonra şagirdi dərs bitənə qədər oturacaq batmasın deyə ayaq üstündə saxladım. Çünki oturacağı təmizləmək əsas məsələ idi. Dərs bitəndən sonra da şagirdin valideyninə dolayı yolla təhfil verilməsinə nail oldum və valideyninə heç bir məlumat vermədim. Fikirləşdim ki, evə gedəndən sonra bilərlər və məktəbdən şübhələnməzlər. Valideyn evə gedəndən sonra bilib. Uşaq da məktəbdə olan hadisəni danışıb".

Qeyd edək ki, həmin şagirdin valideyni baş vermiş olaya görə müəllimi və məktəbi şikayət edəcəyini bildirib.

Fəqan Əzimli

Xəbər lenti