Logo

UNEC-in professoru beynəlxalq konfransda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıgından danışıb

07.12.2020 12:30 475 baxış
IMG

Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə “İqtisadiyyatın transformasiyası şəraitində biznes strukturlarının idarə edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov konfransda iştirak edib.

 

UNEC-dən Tehsil.biz  bildirilib ki, E.Sadıqov tədbirdə Rusiya ilə Azərbaycan arasında idxal və ixrac əməliyyatlarının maliyyələşdirilməsi, eləcə də Dağıstanla Azərbaycanın iqtisadi əməkdaşlıgının müasir vəziyyəti və perspektivlər barədə məruzə ilə çıxış edib.

 

Çıxışdan sonra iştirakçılar məruzə ilə bağlı müzakirələr aparıblar. Müzakirələrdə hər iki ölkənin maliyyə-ticarət əlaqələrinin daha da təkmilləşdirilməsi uçun təkliflər səsləndirilib, UNEC ilə Dagistan universitetləri arasında əməkdaşlığın yeni istiqamətlərdə inkişafının zəruriliyi bildirilib.

Xəbər lenti