ARTİ ümumi təhsil müəssisələrində ingilis dili fənnini tədris edən müəllimləri distant təlimlərə dəvət edir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Britaniya Şurası (British Council) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən təlim proqramı müəllimlərin tədris ehtiyaclarına uyğun hazırlanıb və onların peşəkar inkişafının artırılması məqsədini daşıyır.
Qeyd edək ki, təlimlər Onlayn Müəllim İcması (OMİ) platforması üzərindən həyata keçirilir və iştirakçılara özü müəyyənləşdirdiyi vaxtda platformaya daxil olmaq, müstəqil öyrənmək imkanı verilir. Eyni zamanda, təlimlər modullar üzrə aparılır və hər bir modul 3 bölmədən ibarətdir. Təlimin dili, proqram və məzmun ingilis dilindədir.
Təlim ödənişsizdir və modulları müvəffəqiyyətlə tamamlayan müəllimlərə sonda sertifikat veriləcək.
Təlimdə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər:
Son qeydiyyat tarixi: 21 dekabr
Məlumat üçün bildirək ki, təlimdə iştirak üçün yerlər məhduddur və bu səbəbdən ilkin olaraq qeydiyyatdan keçən, eyni zamanda, tələblərə uyğun olaraq İKT bacarıqları və ingilis dili biliyi (minimum B1 səviyyəsində) yüksək olan şəxslərə üstünlük veriləcək.
Təlimlər 2022-ci ilin yanvar ayından etibarən start götürəcək.