Bakıda 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, məktəb rəhbərliyi həmin müəllimə töhmət verib.
BŞTİ-dən bildirilib ki, həmçinin Təhsil İdarəsindən valideynlə əlaqə saxlanılıb:
"Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb".
Qeyd edək ki, haqqında bəhs edilən şagird jurnalist Röya Rəfilinin övladıdır. 116 nömrəli məktəbin müəllimi jurnalistin oğlan övladını saçının uzun olması səbəbindən şagirdlərə qız kimi təqdim edib.