Logo

Qadın palçığın içindən 16-cı əsrə aid qılınc tapdı - FOTO

16.12.2021 18:00 555 baxış
IMG

London sakini, yazıçı və xəzinə ovçusu Lara Mayklem Temza çayının sahilində palçıqdan 16-cı əsrə aid qılınc qalığı aşkar edib.

Ehtimal edilir ki, qılıncın mislə işlənmiş taxta sapı təxminən 300 il çayın dibində qalıb. Onun anaerob mühitdə olduğu üçün qorunub saxlanıldığı düşünülür. Xəzinə ovçusunun sözlərinə görə, onun diqqətini misin parıltısı cəlb edib; belə ki, qadın onu qızılla səhv salıb.

“Bu mənim ən yaxşı tapıntılarımdan biridir”, - deyə yazıçı vurğulayıb.

Mayklem 16-cı əsrin olduqca qəddar bir zaman olduğunu və hər kəsin özünümüdafiəyə ehtiyacı olduğu üçün özü ilə qılınc gəzdirdiyini bildirib.

“Düşünürəm ki, bu, adi bir oğlana aid idi. Qılıncın bıçağı qırılıb. Tutacağı ağacdan olduğundan ucuz qılınc olub”, - deyə o, ehtimallarını bildirib.

Xəzinə ovçusu silahları London Muzeyinin mütəxəssislərinə vermək niyyətindədir. Onlar artıq qılıncın 16-cı əsrə aid ola biləcəyini təsdiqləyiblər. İngilis qadın qeyd edib ki, muzeyə təqdim olunana qədər qılıncın sürətlə məhv olmasının qarşısını almaq üçün onu nəm saxlamaq lazımdır.

(Oxu.az)

Xəbər lenti