Avstraliyanın Tasmaniya əyalətində məktəblilərin tətili faciə ilə başa çatıb.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, Devonportdakı Hillcrest İbtidai Məktəbində semestrin son gününü qeyd edən şagirdlər 10 metr hündürlükdən hava balonundan yerə yıxılıblar.
Hadisə nəticəsində 6-cı sinifdə oxuyan 11 və 12 yaşlı, iki qız, iki oğlan ölüb. Dörd şagird isə xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.