Logo

Rusiya məktəblisi "Çinin dünyadakı kiçik səfiri" olub

17.12.2021 10:26 462 baxış
IMG

Rusiyanın Yekaterinburq şəhərindən olan məktəbli Dmitri Vasetski Çin dili üzrə dünya çempionu olub.

“Report”un məlumatına görə, bu barədə "Ridus" yazıb.

Qeyd edilir ki, o, əvvəlcə Yekaterinburqun konsulluq dairəsində qalib olub. Bundan sonra ümumrusiya mərhələsində birinci yeri tutub, sonra Avropa, daha sonra isə dünya çempionu olub.

On bir yaşlı oğlan "Çinin dünyadakı ən kiçik səfiri" və "Çinin gələcək ulduzu" titullarına layiq görülüb. Məktəbli etiraf edib ki, dili səylə öyrənir və bu ölkənin mədəniyyətini hiss etmək üçün Çində universitetə ​​daxil olmaq arzusundadır.

O, qeyd edib ki, biliyinin yüksək qiymətləndirilməsinə sevinir.

Xəbər lenti