Logo

Fənn olimpiadalarına elektron qeydiyyat davam edir

17.12.2021 10:34 523 baxış
IMG

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi 20 dekabr tarixində yekunlaşacaq.

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər.

25-30 dekabr tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 5-10 yanvar tarixlərində isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.

Qeyd edək ki,  IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir.

Xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçiriləcək. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin 2022-ci ilin yanvar ayının ikinci yarısında keçirilməsi planlaşdırılıb. 

Respublika fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və cavabları 

Xəbər lenti