Logo

Günəşdə dörd gündür partlayışlar olur

17.12.2021 13:32 516 baxış
IMG

Günəşdə artıq dördüncü gündür ki, partlayışlar baş verir.

Tehsil.biz “RİA Novosti”yə istinadən xəbər verir ki, alimlər dekabrın 14-dən etibarən C dərəcəsi üzrə 34 partlayış qeydə alıb. Dekabrın 17-si gecə isə M dərəcəsi üzrə daha güclü partlayış qeydə alınıb.

Günəşin belə anlarda yaratdığı plazma buludları iki və ya üç gün sonra Yerdə maqnit qasırğasına səbəb ola bilir.

Qeyd edək ki, Günəşdə partlayışlar öz gücünə görə A, B, C, M və X olaraq təsnif edilir.

Xəbər lenti