Logo

Şuşa Dövlət Musiqili Dram Teatrı AzTU-da tamaşa göstərib

17.12.2021 15:50 742 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrı universitetdə tamaşa göstərib.

Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" pyesi əsasında hazırlanan tamaşa AzTU-nun müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün belə tədbirlərin mütəmadi təşkili nəzərdə tutulur.

Xəbər lenti