Logo

Müəllimlərdən pul yığan məktəb direktoru vəzifəsindən azad edildi - EKSKLÜZİV

17.12.2021 17:52 2332 baxış
IMG

Paytaxtın 189-190 nömrəli tam orta məktəbinin direktoru Ceyran Quliyeva vəzifəsindən azad edilib.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə direktor özü istefa ərizəsi ilə tutduğu vəzifədən ayrılıb.

Xatırladaq ki, məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərin vatsap qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılmışdı. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.

Fəqan Əzimli

Xəbər lenti