Logo

"İstedadlı fiziklər dərnəyi" layihəsi başa çatıb

18.12.2021 09:14 765 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin İmişli rayonu üzrə qalibi olmuş "İstedadlı fiziklər dərnəyi"  adlı layihə uğurla başa çatıb.
 
Bununla bağlı İmişli Rayon Təhsil Şöbəsində layihənin bağlanış tədbiri keçirilib. Tədbirdə İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev, məktəb direktorları, fizika müəllimləri və layihədə iştirak etmiş şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Bayram Uğurluyev layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına hesabat xarakterli geniş məlumat verib. Əlamdar Quliyev isə çıxışında layihənin işini yüksək qiymətləndirərək təhsilimiz üçün faydalı olduğunu bildirib.

Sonda layihədə iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.

Xəbər lenti