Logo

QS Stars Qərbi Kaspi Universitetinin reytinqini yüksək qiymətləndirdi - FOTO

18.12.2021 09:26 651 baxış
IMG

QS Stars Qərbi Kaspi Universitetinin reytinqini yüksək qiymətləndirib.

Tehsil.biz xəbər verir ki, təşkilat cari il üçün dünya universitetlərinin növbəti qiymətləndirməsini aparıb.

Reytinqdə Qərbi Kaspi Universiteti 2021-ci il üçün yüksək nəticələr göstərib.

Belə ki, universitetimizin reytinqi təhsil keyfiyyəti üzrə mümkün 5 ulduz üzrə 5, online tədris üzrə 4, məzunların iş tapması üzrə 4 və inklüzivlik üzrə 4 ulduzla qiymətləndirilib.

Qeyd edək ki, QS (Quacquarelli Symonds) Stars universitetlərin müxtəlif sahələr üzrə göstəricilərini müəyyən edən reytinqdir.

Xəbər lenti